Bu gün Beynəlxalq Muğam Mərkəzində "Qafqaz qartalının uçuşu" filminin təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, filmin ssenari müəllifi Valentina Qurkalenko və yaradıcı qrup üzvləri çıxış edərək ekran əsərinin məziyyətlərindən söz açıblar.
C. Məmmədov bildirib ki, Azərbaycanın "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyalarının birgə istehsalı olan film 1941-1945-ci illər müharibəsində Leninqradın müdafiəsi zamanı hava döyüşlərində qəhrəmancasına həlak olan azərbaycanlı hərbi təyyarəçi Hüseynbala Əliyevin şücaətindən bəhs edir.
Filmin rejissoru Tahir Əliyev, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir.
Ekran əsərini Rusiyanın xalq artisti İvan Krasko və əməkdar artist Lüdmila İvanişenko səsləndirib.
Filmin yaradıcı heyətinin üzvləri vurğulayıblar ki, ekran əsəri son 20 ildə Rusiya və Azərbaycan kinematoqrafçılarının ilk birgə işidir, dövlətlərarası dostluğun və əməkdaşlığın təcəssümüdür.
Təqdimatda Azərbaycanın və Sankt-Peterburqun tanınmış kino xadimləri, ziyalılar film haqqında fikirlərini söyləyib və gənc nəslin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsində ekran əsərinin böyük rol oynayacağını vurğulayıblar.
Çəkilişləri Sankt-Peterburq və Bakı şəhərlərində aparılmış film kinosevərlərin böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB