Orlando Blum Keti Perridən ayrıldıqdan sonra sirli bir qadınla görüşür...

Londonun ən dəbdəbəli məkanlarından birində...

...Bu yaxınlarda müğənni Keti Perridən boşanan "Karib dənizinin quldurları" serialının ulduzu Orlando Blum sirli qaraşınla birlikdə görüntülənib.

SİA xəbər verir ki, "The Sun" qəzetinin insayderlərə istinadən verdiyi məlumata görə, ulduz aktyor Çelsidəki Kinqs Rouddakı dəbdəbəli "The Rex Rooms" kokteyl barının daimi müştərisidir.

Orada o, yeni tanışının rahat mühitində görülüb.

Bu qadının kimliyi və münasibətlərinin təbiəti hələ də məlum deyil.

Mənbə nəşrə bildirib ki, aktyorun doqquz il birlikdə yaşadığı Keti ilə münasibətləri mehriban keçib və onlar yaxşı münasibətdədirlər: “Orlando gizli saxlayır, amma yenidən görüşməyə başlayıb. Çelsidə bir sıra görüşlərə gedir və işlər olduqca sakit görünür, amma bundan zövq alır. İndi sakitləşir”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə