Dünyada qaz emissiyalarının 52 faizi 25 meqapolisin payına düşür - UNEP-in icraçı direktoru
2023-cü ildə qaz emissiyalarının payı 1,3 faiz artıb. Əgər biz 1,5 dərəcə hədəfinə çatmaq istəyiriksə, bu ildən başlayaraq 2030-cu ilə qədər qaz emissiyalarının payını 41 faiz aşağı salmalıyıq. SİA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen bildirib.
Onun sözlərinə görə, dünyada 25 meqapolis şəhər var ki, qaz emissiyalarının buraxılmasının 52 faizi onların payına düşür.
“Bu problemi həll etmək üçün şəhərlərdə tullantı sahəsi, ictimai nəqliyyat, elektromobil nəqliyyatları, eləcə də piyada hərəkətləri təkmilləşdirilməli və gəzinti şəhər konsepsiyası (Walking Cities Concept) tətbiq olunmalıdır”,- deyə o diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə