Bakıda COP29 çərçivəsində ali məktəblərin dayanıqlılıq indeksi elan oluna bilər

BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində ali təhsil müəssisələrinin dayanıqlılıq indeksi elan oluna bilər. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda ətraf mühitin sağlamlaşmasında Ümumilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin önündə də bir sıra məsələlər durur: "Konfrans çərçivəsində universitetlərin dayanıqlılıq indeksinin Bakıda elan edilməsi müzakirə mövzusudur. Dünyanın bir çox ali təhsil müəssisələri COP29-da iştirakla maraqlarını göstərirlər. Çünki hazırda bir çox dünya universisteləri üçün ətraf mühitlə bağlı dəyişikliklər, dayanıqlılıq ən mühüm mövzulardan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə