Bu gün COP29 qonaqlarının hotellərdə yerləşdirilməsi üçün onlayn platforma istifadəyə veriləcək

“COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının nümunəsidir”. SİA xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda 200-ə yaxın hotel ulduz təsnifatından keçib: “BMT-nin ölkəmizə göndərdiyi komissiya turizm imkanlarını müsbət qiymətləndirib.

Bu gün saat 17:00-da COP29 qonaqları üçün onlayn yerləşdirmə platforması istifadəyə veriləcək. Platformada yalnız ulduz təsnifatından keçmiş 100-dən çox hotel yerləşdirilib. Qiymətlər isə ulduz dərəcəsindən asılı olaraq dəyişir. Qeyd edim ki, qiymətlər ötən COP tədbirlərini nəzərə almaqla sahibkarlar tərəfindən təyin olunacaq. Eyni zamanda, hotellərdən tədbir məkanına birbaşa nəqliyyat xidməti nəzərdə tutulur.

Qeyd edim ki, bu məsələlərlə bağlı 1 000-ə yaxın könüllüyə əlavə təlimlər keçiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə