COP29 bütün dünya üçün çox mühüm nümunə ola bilər

COP29-un uğurlu olması üçün üç əsas məsələnin həllinə ehtiyac duyulur. SİA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji diplomatiyası üzrə baş məsləhətçisi Tibor Stelbatski ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

“Biz Aİ olaraq COP29-un Bakıda uğurla keçirilməsi üçün reallaşdırılmalı olan üç mühüm məsələni görürük. Birincisi, əlbəttə ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdir (NDC). İkinci məsələ Dubayda keçirilmiş COP28 çərçivəsində Qlobal İcmalın bütün nəticələrinin həyata keçirilməsidir. Üçüncü məsələ isə iqlim maliyyəsinin düzgün həyata keçirilməsinin təmin edilməsidir”, - o vurğulayıb.

“COP29-un keçirilməsi bütün dünya üçün çox mühüm nümunə ola bilər”, - T.Stelbatski əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə