COP29 mühüm qərarlar qəbul etmək məqsədilə bir araya gəlmək üçün fürsətdir - BMT-nin rezident əlaqələndiricisi

Noyabrda Bakıda keçiriləcək COP29 hər bir ölkəni əhatə edən bir sıra məsələlər üzrə mühüm qərarlar qəbul etmək üçün fürsətdir. SİA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

“Belə şəraitdə iqlim konfransı iştirakçıları noyabrda Bakıda toplaşanda bir sıra mühüm kollektiv qərarlar qəbul edəcəklər. Bütün bunlar bu hadisənin qlobal xarakterindən xəbər verir”, - o vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi bütün COP-ların bir-biri üçün mahiyyətcə “tikinti blokları” olduğunu vurğulayıb.

“COP29 həmçinin COP30-da bəzi müzakirələr üçün əsas və ya başlanğıc nöqtəsini təşkil edəcək. Amma açıq-aydın başqa bir ümumi məqsəd var - qlobal temperaturun artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq”, - V.Andreeva əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə