Azərbaycan dünyadakı iqlim böhranı məsələsinə həssas yanaşır - Nigar Arpadarai

“Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmət edən bir ölkə olaraq, dünyadakı iqlim böhranı məsələsinə də həssas yanaşır”. SİA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfransda Milli Məclisin deputatı, COP29 üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai çıxışı zamanı deyib.

Nigar Arpadarai bugünkü forumun əsas prioritetlərinə toxunub.

“Özəl sektorun iqlim dəyişikliyi məsələsində yanaşması çox ciddi əhəmiyyətə malikdir. Bu sektor təchizat prosesini dəyişdirmək kimi məsələlərdə böyük gücə malikdir”.

O deyib ki, yaşıl iqtisadiyyata keçid üçün çox böyük maliyyə lazımdır.

“Hökumətlər bunu təkbaşına edə bilməz. Bu mənada, özəl sektorun mütləq dəstəyi vacibdir”.

Deputat yekunda COP29 komandasının noyabrdakı mötəbər tədbirə hazırlıq prosesindən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə