Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edərək COP29-un keçirilməsinə hər cür dəstəyi verməyə hazır olduğunu bildirib. SİA-nın verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

“ADB Prezident İlham Əliyevə COP29-a dəstək təklif edən məktub yazıb və biz artıq COP29 danışıqlarının uğurlu aparılması üçün hökumətin potensialının artırılması üçün texniki yardım təşəbbüsü göstərmişik”, - o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə