Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. SİA-nın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Vaqif Şirinov hazırlığa 26 nəfər dəvət edib. Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşə vəsiqə qazanmayan, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən boksçulardır.
Göygöldə təşkil olunan toplanış yanvarın 27-də başa çatacaq. Məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.
Qeyd edək ki, təlimlər fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə