Neymar Braziliya millisinin əsas kapitanı oldu

Neymar Braziliya millisinin əsas kapitanı oldu

Braziliya millisinin əsas kapitanı müəyyənləşib. Bu barədə yerli mətbuata komandanın baş məşqçisi Tite məlumat verib. O, kapitanlıq sarğısını PSJ-nin hücumçusu Neymarın daşıyacağını deyib. Bu il Rusiyada keçirilən dünya çempionatında müxtəlif futbolçular Braziliya millisində kapitan olmuşdu. Qeyd edək ki, 2010-cu ildən yığmaya dəvət alan Neymar 90 oyuna 57 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə