Türkiyə ilə İsrail aviasiya əlaqələrinin yaradılmasına dair razılaşmanı təsdiqlədi
İsrailin baş naziri Lapid Türkiyə ilə aviasiya müqaviləsini təsdiqlədiklərini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki,bu barədə İsrailin baş naziri özünün “Twitter” hesabında bildirib. Müqavilə əsasında İsrailin avia şirkətləri Türkiyəyə uçuşlar təşkil edə biləcək.
İsrailin baş naziri resmi hesabında qeyd edib ki, Hökumət olaraq biz Türkiyə ilə İsrail arasında aviasiya əlaqələrinin yaradılmasına dair razılaşmanı təsdiqlədik.
Lapid bildirib ki, razılaşma ilə İsrail hava yolları artıq İstanbuldan və Türkiyənin digər məntəqələrindən eniş və -uçuş edə biləcək.
Xatırladaq ki, Avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətlərini ən yüksək səviyyəyə qaldırmaq və qarşılıqlı səfir təyin etmək qərarına gəliblər. Hazırda Türk Hava Yolları və digər türk aviasiya şirkətləri İsrailə uçuşlar təşkil edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB