Türkiyə və İsrail münasibətləri düzətməklə qalmadı... TÜRKİYƏ XİN

Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin etmək qərarına gəliblər. SİA türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı mətbuata açıqlama verib. M.Çavuşoğlu bildirib ki, Fələstinin hüquqlarını müdafiə etməyə davam edəcəyik. Türkiyə ilə İsrail diplomatik münasibətləri qarşılıqlı şəkildə yüksəltmək qərarı çərçivəsində Təl-Əvivə səfir təyin etmək qərarına gəldiklərini açıqladı.

Çavuşoğlu İsraildə yeni hökumətin qurulması və İsak Hersoqun prezident seçilməsi ilə İsraillə dialoq prosesinin başladığını söylədi.

Çavuşoğlu qeyd edib ki, Lapid ilə keçirdiyimiz mətbuat konfransında səfirlərin təyinatı ilə bağlı işlərə başladığımızı bəyan etdik. Bu araşdırmalar nəticəsində İsraildən belə bir müsbət addım gəldi. Çavuşoğlu iki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq müqaviləsi imzalandığını da açıqlayıb.

Xatırladaq ki, Mövlud Çavuşoğlu iyun ayında Ankarada israilli həmkarı Yair Lapid ilə görüşmüşdü.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə