İngiltərədə Biq Ben saat qülləsi yenidən işə düşür

İngiltərə 2022-ci ilə möhtəşəm atəşfəşanlıq nümayişləri və bayram tədbirləri ilə girdiyi bir vaxtda şəhərin turistik simvoluna çevrilən və bərpa işləri tamamlanan Biq Ben saat qülləsi yeni ilin ilk dəqiqələrində zəng çalaraq yenidən açılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədəki Vestminster sarayında yerləşən “Elizabet qalası” kimi də tanınan məşhur saat, 2017-ci ildən bərpa olunur.

Dünən saat bölməsində bərpa işləri tamamlanarkən, müəyyən hissədə hələ də davam edən saat qülləsində 2022-ci ilin ilk dəqiqələri ilə zəng səsləri yüksəlməyə başlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə