İraqın paytaxtı Bağdadda bazarda baş verən partlayışda 30 nəfər ölüb, 60 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatı İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qurban Bayramı ərəfəsində İraqda bazara edilən bombalı hücumu qınayıb.

BMT-dən verilən yazılı açıqlamada, İŞİD-in 19 iyul tarixində Bağdadda 30 nəfərin ölümü və ən az 50 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumunu ən sərt şəkildə qınadıqlarını ifadə edib. Açıqlamada qurbanların ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı çatdırılıb və günahkarların ən qısa müddətdə ədalət qarşısına çıxarılmasını və cəzalandırılmasını tələb edib.

Bundan əlavə, açıqlamada BMT üzvlərinin İraqda müstəqilliyi, suverenliyi, birliyi, ərazi bütövlüyünü, demokratik proses və rifahı dəstəklədiklərini bir daha vurğulayıb.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə