Misirdə arxeoloji qazıntılar aparılan ərazidə eramızdan 6000 il əvvələ aid 110 qəbir aşkar edilib. SİA bunu Misir KİV-lərinə istinadən xəbər verir.
Misir Turizm və Tarixi Əsərlər Nazirliyi çərşənbə axşamı mətbuata verdiyi açıqlamada Qahirədən təqribən 150 kilometr şimal-şərqdə Dakahliya əyalətində yerləşən Koum al-Khulgan arxeoloji ərazidə üç fərqli dövrə aid 110 qədim məzar tapıldığını açıqlayıb.
Açıqlamada, oval formalı 68 məzarın Miladdan əvvəl 6000-3150-ci il tarixli Xanədanlıq Dövrünə aid olduğu ifadə edilib.

Arxeoloji tapıntılar arasında Sami xalqının Qədim Misiri idarə etdiyi İkinci Orta Dövr (M.Ö. 1782-1570) kimi tanınan antik dövrlərdən olan 37 düzbucaqlı formalı məzar var.
Nazirlik oval formalı beş türbənin e.ə. 3200-3000 illər arasında davam edən III.Nakada dövrünə aid olduğunu bildirib.
Arxeoloji ekspedisiya yaşlı və uşaq skeletləri ilə yanaşı cənazə avadanlığı və saxsı qablar kimi əşyalar da aşkar edib.

Misir 2011-ci il Ərəb baharından və sonrasında Covid-19 epidemiyasından mənfi təsirlənən turizmi canlandırmaq üçün arxeoloji qazıntıları sürətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB