Dubayda balkonda çılpaq şəkil çəkdirən qadınlar deportasiya ediləcək

Dubayda balkonda çılpaq şəkil çəkdirən qadınlar deportasiya ediləcək

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki bir göydələnin balkonunda çılpaq şəkil çəkdirən 11 ukraynalı qadının və rus kişi fotoqrafın deportasiya ediləcəyi açıqlanıb.

SİA-nın məlumatına görə, görüntülər sosial mediada paylaşıldıqdan sonra sözügedən şəxslər “ictimai əxlaqa zidd hərəkət etdikləri” və “pornoqrafik məzmun istehsal etdikləri” üçün həbs olunublar.

Dubay Baş prokuroru Essam Issa al-Humaidan, şəxsiyyəti gizli saxlanılan şəxslərin ölkələrinə göndəriləcəyini açıqlayıb.
BƏƏ-də həbs olunan əcnəbilərin məhkəməsiz mühakimə olunmaları tez-tez rast gəlinən hadisə deyil.

Ölkə qanunlarına görə çılpaqlıq və əxlaqsız hərəkətlərlə əlaqəli cinayətlər törədənlərdən 6 ay həbs və1360 dollar cərimə tələb oluna bilər.

Qeyd edək ki, bu ölkənin qanunlarına görə pornoqrafik yayımların paylaşılması da qadağandır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə