İsraildən HƏMAS-a ZƏRBƏ - daha 2 üzvü öldürüldü

İsraildən HƏMAS-a ZƏRBƏ - daha 2 üzvü öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində keçirdiyi əməliyyatla HƏMAS-ın hərbi qanadının mühəndislik bölməsinin iki üzvünü məhv edib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, zərərsizləşdirilən şəxslər Həsən Əli Əbu Nada və Əbd ər-Rəhim Əhməd Xəlil Xavadır. Onlar İsrail hərbçilərinə və mülki əhaliyə qarşı hücumların təşkilində, habelə silah istehsalı və atəşkəs rejiminin pozulmasında ittiham olunurdular.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə