Avropada ABŞ-ın NATO-dakı müttəfiqlərini tərk edib Rusiya ilə razılığa gələ biləcəyinə dair qorxu artır.
SİA xəbər verir ki, bu barədə "Tayms" yüksək rütbəli Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa ən pis ssenari baş verəcəyi təqdirdə təkbaşına mübarizə aparmağa hazır olmalıdır:
"Tramp bizim başımızın üstündən ruslarla böyük sövdələşməyə cəhd edə bilər, bu, beş-altı il əvvəl qeyri-mümkün görünən bir şey idi".
Mənbə vurğulayıb ki, ABŞ ehtimal olunan hücum halında NATO-nun şərq cinahını müdafiə etməkdən imtina edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB