...ABŞ prezidenti Donald Tramp kiçik müharibələri haqlı hesab edir və onları davam etdirmək niyyətindədir.
SİA-nın məlumatına görə, rusiyalı senator Aleksey Puşkov Amerika liderinin gələcək hərəkətlərini Telegram kanalında proqnozlaşdırıb.
...Tramp özü hərbi güc tətbiqinə qarşı deyil; o, genişmiqyaslı hərbi əməliyyatlara və ABŞ-ı baha başa gələn və çıxılmaz "sonsuz müharibələrə" cəlb etməyə qarşıdır. Əgər müharibə qısamüddətlidirsə və bəyan etdiyi məqsədə tez bir zamanda çatırsa, onda Trampın nöqteyi-nəzərindən bu, haqlı və hətta məsləhətlidir, - deyə o bildirib.
Onun sözlərinə görə, Trampın dövründə ABŞ Vyetnam və Əfqanıstan kimi "hərbi tələlərdən" qaçaraq bu cür əməliyyatları davam etdirəcək.
Senator hazırkı Ağ Evin dövründə "ikinci Vyetnam" ehtimalını aşağı qiymətləndirib.
Daha əvvəl Tramp bildirib ki, vitse-prezident Delsi Rodrigez Vaşinqtonun tələblərinə əməl edərsə, ABŞ Venesuelaya qoşun yeritməyəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB