ABŞ prezidenti Rusiya liderinə təsir etmək qabiliyyətini "tamamilə şişirdib"...
...SİA xəbər verir ki, “The New York Times” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, aprel ayında enerji obyektlərinə zərbələr endirmək üçün 30 günlük moratoriumun bitməsindən sonra ABŞ prezidenti Donald Tramp onun Rusiya prezidenti Vladimir Putinə təsir etmək qabiliyyətinə şübhə etməyə başlayıb.
Moratorium 18 martdan etibarən bir ay davam edib və bu müddət ərzində hər iki tərəf bir-birini dəfələrlə atəşkəsi pozmaqda ittiham edib.
Atəşkəs müddəti bitdikdən sonra Rusiya onu uzatmaqdan imtina edib.
“The New York Times” nəşrinin məlumatına görə, bundan sonra prezident Putini cəlb etmək qabiliyyətini "tamamilə şişirdilmiş" hesab etməyə başlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB