Ukrayna rəsmilərinin beynəlxalq tərəfdaşlarla birgə hazırladığı müharibə nizamlanması planı təxminən 90 faiz tamamlanıb.
SİA xəbər verir ki, Liga.net saytının məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski bunu Prezident Aparatının söhbətində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ukrayna liderindən ABŞ Prezidenti Donald Trampla qarşıdan gələn görüşdən əvvəl gözləntiləri soruşulub.
Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ komandaları "çox yaxşı" işləyiblər və artıq bir neçə sənədin ilkin layihələrini hazırlayıblar.
Prezident qeyd edib ki, müəyyən məsələlər qalır və bunlar yalnız dövlət liderləri səviyyəsində müzakirə edilə bilər.
...Təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyik. Həqiqətən əla sənədə görə hər iki tərəfə minnətdaram. Zəmin möhkəmdir, - deyə Zelenski vurğulayıb.
O, birgə komandalar tərəfindən hazırlanan 20 maddəlik sülh planının hazırda 90 faiz tamamlandığını aydınlaşdırıb.
...Bizim vəzifəmiz hər şeyin 100 faiz hazır olmasını təmin etməkdir. Bu, asan deyil və heç kim 100 faiz nəticənin dərhal əldə ediləcəyini iddia etmir. Lakin hər görüş və hər söhbətlə istənilən nəticəni daha da yaxınlaşdırmalıyıq, - deyə prezident bildirib.
...Volodimir Zelenski həmçinin 28 dekabr bazar günü Floridada Donald Trampla görüşməyi planlaşdırdığını təsdiqləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB