Rusiyada Honkonq qripi ilə bağlı vəziyyət açıqlanıb...

Rusiyada Honkonq qripi hallarının artım tempi yavaşlayıb və koronavirus epidemiyası təkrarlanmayacaq.

SİA xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Uzaq Şərq Federal Universitetinin nümayəndəsi və tibb elmləri namizədi Svetlana Vaxruşeva bildirib.

Ekspert qeyd edib ki, hazırda regionlarda qrip və kəskin respirator virus infeksiyası hallarının davamlı artımı qeydə alınır.

Lakin artım tempi yavaşlayır.

...Yəni, Honkonq qripinin yeni hallarının artması yavaşlayır, - Vaxruşeva deyib.

Onun sözlərinə görə, bu tendensiya bütün Rusiyada müşahidə olunur.

Daha əvvəl Rospotrebnadzor Rusiyada kəskin respirator virus infeksiyası hallarının mövsümi artımı barədə məlumat vermişdi.

Əsas qrip virusu A(H3N2), həmçinin Honkonq qripidir. Lakin heç bir epidemiya qeydə alınmayıb.

...ÜST ekspertləri bildirirlər ki, A(H3N2) virusu artıq dünyanın 30 ölkəsində aşkarlanıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə