NATO Litvada sürətli qoşun hərəkəti təliminə başlayır...

“Böyük Qartal 25” (“Grand Eagle 25”) Alyansın şərq cinahını gücləndirmək məqsədi daşıyır.

...Şənbə günü, sentyabrın 13-də NATO Litvaya qoşun və texnikanın köçürülməsi üçün genişmiqyaslı təlimlərə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, məqsəd Alyansın şərq cinahını gücləndirməkdir.

Bu barədə Hollandiyadakı Müttəfiqlər Komandanlığı X şəbəkəsindəki yazısında məlumat verib.

... “Böyük Qartal 25” (“Grand Eagle 25”) artıq başlayıb! Təlimlərin bir hissəsi olaraq NATO qüvvələri Litvaya qoşun və texnikanın sürətli, güclü və koordinasiyalı şəkildə köçürülməsini məşq edir, - postda deyilir.

Komandanlıq əlavə edib ki, “Böyük Qartal 25” təlimi NATO-nun şərq cinahını gücləndirməklə müttəfiqlərin döyüş hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə