...Hindistan Milli Konqresinin (INC) lideri, İndira Qandinin nəvəsi Rahul Qandi Hindistanın Seçki Komissiyasını Baş nazir Narendra Modinin partiyasının 2024-cü il parlament seçkilərində qalib gəlməsinə kömək etməkdə ittiham edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DW yazır.
Mətbuat konfransında Qandi bildirib ki, əsas seçki dairələrində seçici siyahıları Modinin partiyasının xeyrinə dəyişdirilib.
Məlumatların təhlili zamanı iki seçki dairəsində 100 mindən çox şübhəli seçici daxil olduğu iddia edilir.
Qanun pozuntularına dublikat və qondarma ünvanlar, bir mənzilə kütləvi qeydiyyat, etibarsız fotoşəkillər, yeni qeydiyyat vərəqlərindəki səhvlər daxildir.
Qandinin fikrincə, bu cür manipulyasiyalar “bir nəfər, bir səs” prinsipini pozur. O, həmçinin komissiyanın rəqəmsal siyahıları təqdim etməkdən imtina etməsini və seçki məntəqələrində videomüşahidə imkanlarının məhdudlaşdırılmasını tənqid edib.
Müxalifət bloku paytaxtda etiraz aksiyası təşkil edərək, parlamenti ittihamları müzakirə etmək üçün iclas çağırmağa çağırıb.
Qandi bazar ertəsi Nyu Dehlidə digər müxalifət liderləri ilə birlikdə etiraz aksiyası keçirmək üçün Hindistan Seçki Komissiyasının (ECI) ofisinə gedərkən saxlanılıb.
…Bu mübarizə siyasi deyil; bu mübarizə Konstitusiyanı xilas etməkdir.
Qandi bunu həbs olunduqdan sonra deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə