Çində yeni virus XƏBƏRDARLIĞI

Çində bir ay ərzində ağcaqanadlar tərəfindən ötürülən "çikunqunya" virusunun 7 mindən çox hadisəsi qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Quanqdonq əyalətində son həftələrdə ağcaqanadlar vasitəsilə ötürülən "çikunqunya" virusunun 7 mindən çox hadisəsi aşkar edilib. Bildirilir ki, halların çoxu ölkənin cənubundakı Foşan şəhərində cəmləşib. Foşandan əlavə, Quangdonqun ən azı 12 başqa şəhərində də bu hallar təsdiqlənib.

Səlahiyyətlilər, yoluxmuş insanları xəstəxanada karantinə aldıqlarını və testlər apardıqlarını açıqlayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə