Ağ Ev ABŞ-ın Zelenskinin istefasını istəməsi ilə bağlı sualı cavablandırıb

ABŞ-ın Ukraynada onunla iş apara biləcəyi bir liderə ehtiyacı var.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ABC telekanalına müsahibəsində bildirib.

Volodimir Zelenski bu tələbi yerinə yetirə bilməsə, bu, problem yaradacaq, - deyə Vals bildirib.

O, Donald Trampın Zelenskinin istefasını istəyirmi sualına belə cavab verib.

Bundan əvvəl amerikalı milyarder Devid Saksın Qərbi Zelenskinin qeyri-real tələblərinə uymamağa çağırdığı bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə