ABŞ-ın Ukraynada onunla iş apara biləcəyi bir liderə ehtiyacı var.
SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ABC telekanalına müsahibəsində bildirib.
Volodimir Zelenski bu tələbi yerinə yetirə bilməsə, bu, problem yaradacaq, - deyə Vals bildirib.
O, Donald Trampın Zelenskinin istefasını istəyirmi sualına belə cavab verib.
Bundan əvvəl amerikalı milyarder Devid Saksın Qərbi Zelenskinin qeyri-real tələblərinə uymamağa çağırdığı bildirilirdi.
Əli Babayev