Ukrayna prezidenti Vladimir Zelenski Belarusla bağlı mühüm açıqlama verib.
Ukrayna lideri özünün dediyi kimi, Avropa təhlükəsizlik xətti, müharibə və sülh arasında sərhəd yaratmağı təklif edib.
…Mənim təklifim: Ukraynanın şərq sərhədi, Belarusun şərq sərhədi, Baltikyanı ölkələrin şərq sərhədləri, Finlandiyanın şərq sərhədi. Bu, Avropada bizim hamımız üçün ən güclü təhlükəsizlik xəttidir, çünki bu, beynəlxalq hüququn xəttidir.
SİA-nın məlumatına görə, bunu Ukrayna lideri izah edib.
Rusiya ilə gələcək sülh danışıqları kontekstində ölkə rəhbərliyinin çoxdan israr etdiyi Ukrayna üçün təhlükəsizlik təminatlarından danışan Zelenski bildirib ki, o, Ukraynanın NATO-ya üzvlüyünü bu cür təminatların “özəyi” hesab edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə