Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, yanvarın 21-də baş verən yanğın zamanı müəssisədə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə birgünlük matəm elan edilib.
Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil olmaqla onlardan 9 nəfəri həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə