Amerikalı jurnalist sübutları dərc edəcəyinə söz verir

Amerikalı jurnalist Candace Ouens sosial şəbəkədə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi olduğuna dair sübutlar dərc etmək niyyətini açıqlayıb.

O, Bricit Macron-un heç vaxt mövcud olmadığına dair sübutlar toplayıb və materialları yanvarın 30-da dərc etməyi planlaşdırır.

Candice qeyd edib ki, o, araşdırmasını dərc etməzdən əvvəl Makrona "ədalətli və balanslı müsahibə" üçün suallar siyahısı ilə məktub göndərib - bunlar Bricitin keçmişinə aiddir.

O, həmçinin prezidentdən həyat yoldaşının gəncliyindən fotoları təqdim etməyi xahiş edib.

Jurnalist yazıb ki, Makron müəllimi 39 yaşlı Bricitlə münasibətə başlayanda 15 yaşında idi, lakin Fransa prezidentinin həyat yoldaşının məktəb və tələbə həyatından heç bir sübut yoxdur.

Ouens dostlarını və tanışlarını həmin dövrdə çəkilmiş fotoşəkilləri paylaşmağa təşviq edib.

Yeri gəlmişkən, 2024-cü ildə Emmanuel Makron ilk dəfə jurnalistlərin həyat yoldaşı ilə bağlı materiallarını açıq şəkildə tənqid edib. O qeyd edib ki, prezident kimi üzləşməli olduğu ən pis şey “yalan məlumat və uydurma hekayələr”dir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə