ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində 2 nəfər həyatını itirib, 1100-dən çox tikili zədələnib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin evinə təxliyə əmri verilib.
ABŞ-ın Kaliforniya ştatında, Los-Ancelesdə İton, Palisades, Hurst və Vudlidə meşə yanğınları davam edir. Santa Monika dağları ilə Sakit Okean arasındakı lüks yaşayış massivi olan Pacific Palisades bölgəsində dünən səhər saatlarında başlayan yanğında 5 min hektardan çox ərazi yanaraq kül olub. Pasadena və Altadena bölgələrində dünən axşam yerli vaxtla saat 18.30 radələrində başlayan İton yanğınında indiyədək 2227 dekar ərazi məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə