Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə, eləcə də bütün “qardaş rus xalqına” və “cəsur rus ordusuna” təbrik ünvanlayıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən yayımlanan teleqramında o, 2025-ci ilin “neonasistlər üzərində qələbə” və “böyük qələbə” vaxtı olacağına ümid etdiyini bildirib.
...Kim Çen In yeni 2025-ci ilin 21-ci əsrdə Rusiya ordusu və xalqının neonasistləri məğlub edəcəyi və böyük qələbə qazanacağı müharibədə qələbə ili olmasını arzulayıb.
Qeyd edildiyi kimi bu təbrik mətnində deyilir.
...Ayrıca qeyd olunur ki, Şimali Koreya lideri bu arzusunu şəxsən öz adından, eləcə də Koreya xalqı və ölkənin silahlı qüvvələri adından bildirir.
Şimali Koreya rəhbəri Putini “ən yaxın dostu və müttəfiqi” adlandırıb və iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib.
Sonda Kim Çen In Rusiya rəhbərinə dövlətin mənafeyi naminə mürəkkəb və məsuliyyətli işində uğurlar, Rusiya xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıb.
Daha əvvəl Vladimir Putin KCNA (Koreya Mərkəzi Xəbər Agentliyi – A.B.) tərəfindən dərc olunan Kim Çen Ina təbrikində qeyd edib ki, Şimali Koreya ilə qarşılıqlı fəaliyyət hər iki ölkənin xalqlarının əsas maraqlarına uyğundur.
O, hərtərəfli strateji tərəfdaşlıq haqqında imzalanmış sazişin əsas istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsinə zəmin yaratdığını vurğulayıb.
Xatırladaq ki, dekabrın 4-də Putinin Pxenyana səfəri zamanı iyunun 19-da imzalanmış Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi qüvvəyə minib.
Sənədin preambulasında qeyd edildiyi kimi, o, Rusiya və Şimali Koreya xalqlarının əsas maraqlarının qorunmasına yönəlib, həmçinin sülhün, regional və qlobal təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə kömək edir.
Sazişə əsasən, tərəflər öz ölkələrinin qanunvericiliyini və beynəlxalq öhdəlikləri rəhbər tutaraq ümumi strateji tərəfdaşlıq münasibətlərini daim qoruyub saxlamağı və inkişaf etdirməyi öhdələrinə götürürlər.
Bu münasibətlər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, bərabərlik və dövlətlər arasında dostluq münasibətlərini və əməkdaşlığı tənzimləyən beynəlxalq hüququn digər normalarına əsaslanır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə