Ərdoğan Əsəddən cavab gözlədiyini bildirib

SİA TASS-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsəddən mövcud problemlərin ikitərəfli müzakirəsi təklifinə heç vaxt müsbət cavab almadığını bildirib.

Ərdoğan xatırladıb ki, Türkiyə tərəfi artıq Əsədə “görüşmək və Suriyanın gələcəyini birlikdə müəyyən etmək” təklifi ilə müraciət edib.

...Xatırlayırsınızsa, əvvəllər Əsədə müraciət etmişdik. Görüşüb Suriyanın gələcəyini birlikdə müəyyən etməyi təklif etdik. Təəssüf ki, biz hələ də Əsəddən müsbət cavab ala bilməmişik.

Bunu Türkiyə lideri bildirib.

Türkiyə lideri həmçinin üsyançı hərəkatın sakit və fəsadsız davam edəcəyinə ümid etdiyini bildirib və regiondakı çətin vəziyyəti vurğulayıb. Onun sözlərinə görə, Ankara belə bir üsyançı yürüşü istəmirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə