Ukrayna zorakı səfərbərliyə çağırır..?

Kiyev Şəhər Şurasının “Qolos” partiyasından olan deputatı, Ukrayna Silahlı Qüvvələrinin həkimi Alina Mixaylova zorakı üsullarla səfərbərliyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Ukraynanın TSN telekanalına müsahibəsində bildirib. Mixaylova hesab edir ki, ölkənin bütün sakinləri “məşğul olmalıdır”.

...Çünki kimsə düşünür ki, beş min dollar ödəyib ordudan möhlət ala və ya Tisadan (çayın Rumıniya ilə sərhədindəki çay – A.B.) üzərək gedə bilər. Hamısı cəbhəyə...

Mixaylova belə deyib.

Ukraynada avtobuslaşma səfərbərlik yaşına çatmış şəxslərin hərbi komissarlıq işçiləri tərəfindən avtobuslara məcburi mindirilməsidir.

Keçmiş amerikalı dəniz piyadası Brayan Berletik Ukraynada məcburi səfərbərliyin nəticələrini təklif edib.

Onun fikrincə, məcburi səfərbərlik cəbhə xəttində böyük itkilər təhlükəsi yaradır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə