Türk idman klubları açıqlama verib

"Beşiktaş" və "Qalatasaray" klubları zəlzələ qurbanları üçün yardım kampaniyasına başlayacaqlarını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Fənərbaxça” klubu da zəlzələ ilə əlaqədar işlərə başladıqlarını bildirib.

"Beşiktaş" klubu, verdiyi açıqlamada episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və ətraf əyalətlərdə də hiss edilən zəlzələ qurbanları üçün yardım kampaniyası təşkil edəcəyini deyib.

"Qalatasaray" zəlzələ qurbanları üçün yardım kampaniyası təşkil edəcəklərini açıqlayaraq bildirib ki, "Qalatasaray" idman klubu olaraq mərkəzi qərargahı Kahramanmaraşda olan və bütün ölkəmizə təsir edən zəlzələ ilə bağlı baş verənləri təəssüf hissi ilə izləyirik: “Əli Sami Yen İdman Kompleksi Nef stadionu və Taçspor təsislərində toplanacaq yardımlar təslim ediləcək. AFAD ilə əməkdaşlıq çərçivəsində rəsmi assosiasiyalarımız, idman məktəblərimiz və azarkeş qruplarımız vasitəsilə ehtiyacı olan bölgələrdə bütün idmansevərlərin dəstəyini gözləyirik”.

“Fənərbaxça” klubu da “tvitter” hesabında “Ölkəmizin yanındayıq, klubumuz zəlzələ üçün işə başlayıb. Türkiyənin ən böyük “Vətəndaş Cəmiyyəti Təşkilatı” olaraq bu günə qədər ölkəsinin və vətəndaşının yanında olan "Fənərbaxça" idman klubu milli fəlakət qarşısında ən faydalı addımı atmaq üçün dərhal işə qoyuldu.

Danışıqlar nəticəsində müəyyən edəcəyimiz fəaliyyət planı ilə fəlakət bölgələrində vətəndaşlarımızın yanında olacağımızı bildiririk”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə