Türkiyəyə ilk yardımı Azərbaycan edib

“Türkiyənin zəlzələ baş vermiş bölgələrinə ilk kömək Azərbaycandan gəlib”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Haber Global”ın hazırladığı verilişdə qeyd edilib.

Bildirilir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bütün heyətə “Hazır olun” əmrini verib, “xilasedicilər Azərbaycandan Türkiyəyə gəlirlər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə