Putin: “Nüvə müharibəsi təhlükəsi artır”

Medvedevlə, Peskov da guya hər şeyin plan üzrə getdiyini deyirlər

Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn görüşü zamanı yeni bir lo xəbərlə, yəni nüvə müharibəsi təhlükəsinin yenidən artdığını deməklə gəlib.

Eyni zamanda, Rusiya tərəfinin nüvə silahından istifadə etmə ehtimalını şərh edən Putin qeyd edib ki, əgər Rusiya Federasiyası birinci nüvə silahından istifadə etmirsə, bu o deməkdir ki, ikincisi də ondan istifadə etməyəcək, çünki ərazimizə zərbə endirilməsi halında istifadə imkanları çox məhduddur.

Buna baxmayaraq, bizim müdafiə vasitələrindən istifadə strategiyamız var - yəni müdafiə kimi biz kütləvi qırğın silahlarını, nüvə silahlarını hesab edirik - bunların hamısı cavab zərbəsi deyilən şey ətrafında köklənib.

Yəni Putinin dediyindən belə başa düşülür ki, ruslar bir az gözləyib sonradan cavab zərbəsi endirəcəklər.

SİA-nın məlumatına görə, bir müddət əvvəl Rusiya prezidenti Ukraynadakı xüsusi hərbi əməliyyatın uzun bir prosesə çevrilə biləcəyini bildirmişdi.

...Medvedevlə, Peskov da guya hər şeyin plan üzrə getdiyini deyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə