Türkiyə ilə İndoneziya arasında 5 müqavilə imzalanıb

İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində Türkiyə ilə İndoneziya arasında 5 müqavilə imzalanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İndoneziyanın ev sahibliyi ilə Balidə keçiriləcək 17-ci G20 Liderlər Zirvəsi çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanın keçirdiyi görüşlər çərçivəsində iki ölkə arasında 5 müqavilə imzalanıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçinin iştirakı ilə keçirilən mərasimdə müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş, Araşdırmalar sahəsində Əməkdaşlıq Anlaşma Memorandumu, Texnologiya və İnnovasiya, Meşəçilik Sahəsində Əməkdaşlıq, Ətraf Mühit Sahəsində Əməkdaşlıq və TİKA İndoneziya Xarici İşlər Nazirliyi ilə İndoneziya Xarici İşlər Nazirliyi arasında İnkişaf Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşmaları sosial media hesabında paylaşan nazir Çavuşoğlu, "Prezidentimizin İndoneziyaya səfəri zamanı 5 müqavilə imzaladıq. Ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası qururuq" deyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə