Çinin Infinix korporasiyası aromatizasiya funksiyasına malik smartfon buraxmağa hazırlaşır.
SİA xəbər verir ki, bu barədə “GizmoChina” nəşri məlumat yayıb.
Şirkət ətirli qadcetlər yaratmağa imkan verən Energizing Scent-Tech texnologiyasından danışıb.
Eko-dəri smartfonların arxa panelinə aromatik maddələr olan mikroskopik kapsullar quraşdırılıb - bu üsul mikrokapsulyasiya adlanır.
…Nəticədə telefon zaman keçdikcə yüngül, təravətləndirici ətir yaymağa başlayır, - deyə Infinix texnologiyanı təsvir edib.
…Bizim texnologiyamız həm də gözəl qoxu verən gözəl telefona sahib olmaq kimidir.
Korporasiya qeyd edib ki, aromanın intensivliyi bir çox amillərdən, o cümlədən temperaturdan və rütubətdən asılıdır. Qoxu cihazın alındığı tarixdən ən azı altı ay qalmalıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə