Prelude idman kupesinin yeni nəsli 2025-ci ilin sonuna kimi bazara çıxacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Honda məlumat yayıb.
Yapon brendi həmçinin əlavə edib ki, avtomobil hibrid güc aqreqatı ilə təchiz olunacaq. Modelin ilk bazarı ABŞ olacaq. Altıncı nəsil Prelude-nin debütü ilə yanaşı, şirkət mövcud Linear Shift Control texnologiyasına əsaslanan, lakin xüsusi olaraq hibridlər üçün hazırlanmış innovativ Honda S+ Shift sürmə rejimini təqdim edəcək.
S+ Shift, şirkətin dediyi kimi, “sürücünün sürücülükdə maksimum iştirak səviyyəsinə” imkan verəcək.
Üstəlik, yeni Prelude-nin fotoşəkilləri dərc edilib. Burada modelin dizaynının brendin hazırkı üslubunda hazırlandığını görə bilərsiniz. Avtomobil ön optikanın uzunsov L formalı elementlərini, kuzovun bütün uzunluğu boyunca arxa fara blokunun LED zolağı, həmçinin çəngəlli spoyler və aerodinamik “yubka” alıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə