Argentinalı futbolçu Mauro İkardidən xəbər var

"Qalatasaray" Spor Toto Super Liqanın 10-cu həftəsində 15 oktyabr şənbə günü "Yukatel Kayserispor"la hazırlıqlara başlayıb. SİA xəbər verir ki, ölkəsindən “Qalatasaray”a qayıdan Mauro İkardi də məşqdə iştirak edib.

Sarı-qırmızılı klubdan verilən açıqlamaya görə, mətbuata bağlı keçirilən məşqdə futbolçular isinmə hərəkətindən sonra üç qrup halında ötürmə edib. Matç cüt qolla sona çatıb. Məşqdə ölkəsindən məzuniyyətə qayıdan argentinalı futbolçu Mauro İkardi də iştirak edib. Sarı-qırmızılı komanda hazırlıqlarını sabahkı ikiqat məşqlə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə