“Honda” “Red Bull”la razılığa gəlib

“Honda” “Red Bull”a əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəlib.

SİA-nın məlumatına görə, Yaponiya şirkəti bu ilin sonunda Formula 1-dən gedəcəyini açıqlasa da, bu Avstriya komandası ilə münasibətlərə təsir göstərməyəcək.

“Red Bull” zavod komandası olmadığından, mühərriklərini sifariş edir. Bu komanda son illər məhz “Honda” motorlarından istifadə edir.

Xatırladaq ki, “Red Bull” 2025-ci ildən etibarən şəxsi mühərriklərini istehsal etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə