Lənkəranda yeniyetmələr arasında ağırlıqqaldırma üzrə respublika birinciliyinə yekun vurulub. SİA-nın cənub bürosunun məlumatına görə, "Zirvə" idman sağlamlıq mərkəzində baş tutan yarışda 50, 56, 62, 69, 77, 85, 94 və 94 kiloqramdan yuxarı çəki dərəcəsində 120 yeniyetmə, o cümlədən 6 yeniyetmə qız ağır atlet qalib adı uğrunda mübarizə aparıb.
Yarışın qaliblərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub. Qaliblər ölkəmizi dünya birinciliyində təmsil etmək hüququ qazanıblar. Respublika Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov builki birinciliyə daha çox idmançının qatılmasını, xüsusən də qızların iştirakını xüsusi vurğulayıb.
Onun sözlərinə görə, bu kimi yarışların bölgələrdə keçirilməsi olimpiya idman növü olan ağır atletikanın daha da populyarlaşmasına təkan verəcək. İki gün davam edən birinciliyə 17 rayondan 126 idmançı qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB