“Qarabağ”ın potensial rəqibləri bu gün Belfastda qarşılaşacaqlar

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) bu gün Belfastda qarşılaşacaqlar. SİA xəbər verir ki, Böyük Britaniya təmsilçiləri I təsnifat mərhələsində cavab matçlarını keçirəcəklər.

Qarşılaşma Şimali İrlandiyanın paytaxtı Belfastdakı "Windsor Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qləbəsi ilə başa çatıb.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə