Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq

Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də bir sıra ərazilərdə yerləşən bəzi Transformator Məntəqələrində (TM), eləcə də 10 və 110 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən SİA-ya bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan 14:00-dək Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi Qasım bəy Hacıbababəyov və Zahid Qəmbərov küçələrində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 09:30-dan 12:00-dək Xətai rayonu Həzi Aslanov qəsəbəsində yerləşən bir sıra yaşayış sahələrini əhatə edəcək.

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Pirşağı bağları massivinin müəyyən qismində saat 10:00-dan 12:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Xəzər rayonu Binə Sovxoz yaşayış massivində yerləşən Əli İsazadə küçəsində planlı fasilə saat 10:00-dan 14:00-dək davam edəcək.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə