“Dövlət idarəçiliyinin gələcəyi süni intellektdən asılı olacaq” - Adriana Alberti

“Dövlət idarəçiliyinin gələcəyi süni intellektdən asılı olacaq” - Adriana Alberti

Azərbaycanda “ASAN xidmət” mərkəzləri dövlət idarəçiliyi sistemində innovasiyaların tətbiqinə nümunədir. Müasir dövrdə bütün vətəndaşların ehtiyaclarını əvvəlcədən nəzərə alan, inklüzivliyi təmin edən rəqəmsal xidmətlərin inkişaf etdirilməsi vacibdir.

SİA xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin şöbə rəisi Adriana Alberti Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” tədbirində deyib.

Onun sözlərinə görə, 2040-cı ilədək dövlət idarəçiliyinin gələcəyi geosiyasi dəyişikliklər, süni intellektin inkişafı, ictimai gözləntilər və yerli hakimiyyət orqanlarının rolu kimi amillərdən asılı olacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə