"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında unikal nailiyyətə imza atıb. SİA-nın məlumatına görə, 32 yaşlı forvard çempionat tarixində eyni mövsümdə ən yaxşı futbolçu, ən yaxşı oyunqurucusu və bombardir mükafatını qazanan ilk oyunçudur.
Qeyd edək ki, Mersisayd təmsilçisi başa çatan mövsümdə Premyer Liqanın qalibi olub. Salah mövsümü 29 qol və 18 məhsuldar ötürmə ilə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə