Nicola Barella Səudiyyə Ərəbistanı Liqası komandalarından olan Əl Hilalın sərsəm təklifini rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın komandası 28 yaşlı oyunçuya illik 35 milyon avro olan 4 illik müqavilə təklif edib. Ümumilikdə 140 milyon avroluq təkliflə bağlı qərarını verən italyan futbolçu düşünmədən bunu rədd edib. Çox cəlbedici təklifi rədd edən futbolçu karyerasında "İnter"də uğur qazanmağı hədəfləyir. 2024-cü ildə “İnter”lə müqaviləsini yeniləyən və 2029-cu il mövsümünün sonuna kimi imzalanan Barella illik 6,5 milyon avro ilə A Seriyasında ən yüksək maaş alan italyan futbolçudur. Yalnız Lautaro Martinez “İnter”də ondan daha yüksək maaş alır. Hakan Çalhanoğlunun maaşı Barella ilə eyni səviyyədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB