UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” Şotlandiyada cavab oyununa çıxıb. İstanbul təmsilçisi evdə 1:3 hesabı ilə uduzduğu "Reyncers"lə bu dəfə səfərdə üz-üzə gəlib.
Matçın əsas vaxtı qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. "Fənərbağça"nın heyətində Sebastyan Şimanski dubl müəllifi olub. Əlavə vaxtda qapılara qol vurulmayıb. Ümumi hesab bərabər (3:3) olduğundan qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (3:2) oynayan meydan sahibləri növbəti mərhələyə adlayıblar.
"Reyncers"lə yanaşı, "Mançester Yunayted", "Atletik", "Ayntraxt", "Latsio", "Budyo Qlimt", "Lion" və "Tottenhem" klubları da 1/4 finala yüksəliblər.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart
21:45. “Atletik” (İspaniya) - “Roma” (İtaliya) - 3:1
İlk oyun - 1:2
21:45. “Latsio” (İtaliya) - “Viktoriya” (Çexiya) - 1:1
İlk oyun - 2:1.
21:45. “Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland) - 4:1
İlk oyun - 2:1.
21:45. “Olimpiakos” (Yunanıstan) - “Budyo Qlimt” (Norveç) - 2:1
İlk oyun - 0:3.
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 4:1
İlk oyun - 1:1.
00:00. “Tottenhem” (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 3:1
İlk oyun - 0:1.
00:00. “Reyncers” (Şotlandiya) - “Fənərbağça” (Türkiyə) - 0:2 (Penaltilər seriyasında - 3:2)
İlk oyun - 3:1
00:00. “Lion” (Fransa) - FKSB (Rumıniya) - 4:0
İlk oyun - 3:1.
Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 10-da start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə